“Liverpul” müqavilə bağladığı futbolçunu gətirmək üçün sərvət ödəməlidir

11.01.2018 15:59

"Liverpul" klubu "RB Leypsiq”in dünya şöhrətli yarımmüdafiəçisi Nabi Keytanı müqavilədə qeyd olunmuş vaxtdan əvvəl heyətinə qata bilər.

İngilislər bunun üçün 13 milyon funt-sterlinq ödəməlidir.

Almaniyanın "Bild” qəzetinin məlumatına görə, "Liverpul” müqavilədə qeyd edilən 50 milyon funt-sterlinqdən əlavə 13 milyonu da ödəsə, Nabi Keyta 1 iyun tarixindən daha tez Premiyer Liqaya keçid edə bilər.

Qeyd edək ki, "Liverpul" keçən ilin avqust ayında Nabi Keytanı heyətinə qatmaq üçün "RB Leypsiq"lə 50 milyon funt-sterlinq dəyərində müqavilə imzalayıb.

© xezerxeber.az


430 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR