"Kaspersky" Amerikada qadağan olundu

13.12.2017 10:47

Amerika prezidenti Donald Tramp hərbi və mülki müəssisələrdə Kaspersky Lab kompaniyasının antiviruslarının istifadəsini qadağan edən qanunu imzalayıb. Bu barədə Reuters xəbər yayıb.

Bildirilir ki, düzəliş Senator tərəfindən sentyabr ayında təsdiqlənmişdi, o zaman qurumlara məşhur antivirusun istifadəsindən imtina tövsiyə edilmişdi.

Senatorlar hesab edirlər ki, Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsinə görə, Kasperski milli təhlükəsizliyə ciddi hədədir./faktxəbər

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR