Bakı
16 C
USD
EUR
1.7003
1.9798
RUB
GBP
0.0287
2.2344
XƏBƏR
ARXİVİ

Sumqayıtda 4 otaqlı ev yandı - VİDEO

14.11.2017 20:44

Sumqayıtda 4 otaqlı ev yanaraq yararsız hala düşüb.

Xezerxeber.az-ın məlumatına görə, dəhşətli yanğın hadisəsi Sumqayıt şəhər Ceyranbatan bağları ərazisində, Cavad Əsədullayevə məxsus evdə qeydə alınıb. Qısaqapanma nəticəsində mənzil içindəki əşyaları ilə birgə tamamilə yanıb.

Yanğın zamanı mənzildə bir azyaşlı uşaq olub. İki yaşlı Sirac Əsədullayev yaxınlıqda yaşayan qonşuların köməkliyi ilə pencərələrin şüşələrini sındırmaqla evdən çıxarılsa da, o, müxtəlif xəsarətlər alıb və tüsdüdən zəhərlənib. Əraziyə çağrılan təcili tibbi yardım işçilərinin müdaxiləsindən sonra uşağın həyatı xilas olub.

Alovlar yanğınsöndürənlər tərəfindən söndürülüb və yaxınlıqda olan digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


233 dəfə oxunub

ÇOX OXUNANLAR