Xəzər Xəbər

Düşmənin itkilərinin sayı 10 mindən çoxdur - Müharibə Koçaryan və Sarkisyana verilən cavab idi VİDEO

Veb TV | 19:58 • 5 Dekabr 2020
Düşmənin itkilərinin sayı 10 mindən çoxdur - Müharibə Koçaryan və Sarkisyana verilən cavab idi

44 günlük müharibdə Ermənistan ordusu 10 mindən çox itki verib. Bu barədə Ermənistan mediasında məlumatlar gedir. Hərbi ekspertlər isə bildirirlər ki, döyüşlərin gedişində müasir silahların istifadəsi və yaxşı düşünülmüş döyüş planı ilə düşmənə elə bir zərbə endirilib ki, yaxın illər ərzində onun bərpası mümkünsüzdür. Üstəlik, Azərbayacan bu əks-hücumla Ermənistanın təkcə indiki deyil, eyni zamanda Koçaryan-Sarkisyan hakimiyyətinin də cavabını vermiş oldu və şəhidlərimizin intiqamını aldı.


Ermənistanın müharibədəki itkiləri ilə bağlı rəqəmlər zaman keçdikcə ictimaiyyətə açıqlanır.


Ermənistanın mediasının verdiyi məlumatlara görə, düşmən ölkənin itkilərinin sayı 8472 nəfərdir. Bununla yanaşı, 3000 nəfərin itkin düşməsi və 13 min nəfərin də yaralanması barədə ilkin məlumatlar var.


Hərbi ekspertlərin sözlərinə görə, düşmənin itkilərinin çox olması gözləniləndir. Çünki Azərbaycan ordusu ən müasir və dəqiq vuran silahlardan istifadə edirdi və üstəlik, ordumuz çox yaxşı düşünülmüş hərbi taktika ilə müharibə aparırdı.


Hərbi ekspert Ruslan İmamquliyevin sözlərinə görə, Azərbaycan bu müharibə ilə Ermənistanın əli azərbaycanlı qanına bulaşmış keçmiş rəhbərlərinə - Sarkisyan və Koçaryana da cavab vermiş oldu. Bu şəxslərin qurduğu ordu 44 gün içində darmadağın edildi. Məhz onlar illərdir erməni xalqının pulunu beynəlxalq hüquqa zidd olaraq həddindən artıq silahlanmaya yönəltmişdilər ki, həmin silahlar da II Qarabağ müharibəsində ya məhv edildi, ya da Azərbaycanın nəzarətinə keçdi.


Mütəxəssisin sözlərinə görə, Azərbaycan ordusunun zərbəsindən sonra çətin ki, yaxın illərdə Ermənistan ordusu toparlana bilsin. Üstəlik, məğlubiyyətin yaratdığı xaos bu ölkəni gündən-günə uçuruma sürükləyir.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti