Xəzər Xəbər

Özünə restoranda ad günü keçirən məşhur model cəzalandırıldı VİDEO

Veb TV | 19:40 • 5 Dekabr 2020
Özünə restoranda ad günü keçirən məşhur model cəzalandırıldı

Bakıda tanınmış model karantin qaydasını pozaraq özünə restoranlardan birində ad günü keçirib. Həmin şəxs və ziyafətdə iştrak edən digərləri polis tərəfindən aşkar edilərək inzibati qaydada məsuliyyətə cəlb olunublar. Təbii ki, restoran sahibi də cərimələnib. Daxili İşlər Nazirliyinin şöbə rəisi bir daha bu cür tədbirlər keçirmək istəyən vətəndaşlara sərt xəbərdarlıq edib.


Ad günü keçirib sosial şəbəkələrdə video paylaşan şəxslər saxlanıblar.


Söhbət Razi kimi tanınan modeldən gedir. O, tanışları ilə ötən gün Nərimanov rayonu ərazisindəki restoranlardan birində özünə təmtəraqlı ad günü ziyafəti keçirib. Xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil edən həmin şəxslər videoları sosial şəbəkələrdə paylaşan kimi Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları məclisin təşkilatçısı Raziyyət Əliyeva, onun 3 rəfiqəsi və restoranın icarədarı müəyyən edilərək Nərimanov rayon polis idarəsinə dəvət olunublar.


Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyir ki, polis tərəfindən ölkədə tətbiq olunan xüsusi karantin rejmi qaydalarına ciddi nəzarət edilir. Şöbə rəisi bu cür tədbirlər keçirməyə cəhd edən şəxslərə sərt xəbərdarlıq etdi.


Onu da qeyd edək ki, bu cür kütləvi tədbir keçirməklə ətrafdakı insanların koronavirusa yoxlumalarına səbəb olan şəxslər barəsində cinayət işi başlanır.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti