Xəzər Xəbər

Xaçmazda bu görüntüdən sonra hər şey üzə çıxdı VİDEO

Veb TV | 19:24 • 5 Dekabr 2020
Xaçmazda bu görüntüdən sonra hər şey üzə çıxdı

Xaçmazda evlərdən silsilə oğurluqlar edən şəxs tutulub. Həmin şəxsin əməlləri küçədəki təhlükəsizlik kameralarına da düşüb. Lənkəranda isə qohumunun evini qarət edən şəxs tutulub.

Evlərdən oğurluq edən şəxs tutulub.


Xaçmaz rayon polis şöbəsi əməkdaşları daxil olan şikayətlər əsasında əməliyyat-axtarış tədbirlərinə başlayıb və iki fərdi yaşayış evindən və bir oyun zalından iki ədəd televizor, iki ədəd rəqəmsal oyun avadanlığı, bir ədəd mobil telefon, qızıl-zinət əşyaları və bir ədəd notbuk oğurlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyevi saxlayıb. Dindirmə zaman həmin şəxs evlərə və oyun zalına qanunsuz daxil olaraq oradan zərərçəkmişlərə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. Qeyd edək ki, onun bu əməlləri təhlükəsizlik kameralarına da düşüb.


Namiq Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində törətdiyi daha altı oğurluq faktının da üstü açılıb. Saxlanan şəxs qanunsuz olaraq əldə etdiyi əşyaların bir qismini dəyərindən xeyli ucuz qiymətə satdığını, əldə etdiyi pulları xərclədiyini bildirib. Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların əksəriyyəti maddi sübut kimi götürülüb.


Lənkəranda da qohumunun evindən oğurluq edən şəxs saxlanıb. Polis şöbəsinə rayonun Aşağı Nüvədi kəndindəki bir yaşayış evindən ümumi dəyəri 1150 manat olan televizor, müşahidə kamerasının yaddaş aparatı, su motoru və peyk antenası aparatının oğurlanması ilə bağlı müraciət daxil olub. Keçirilən əməliyyatla oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Araşdırmalarla onun zərərçəkmişin qohumu Mansur Dadaşov olduğu müəyyənləşib. O, saxlanaraq istintaqa cəlb edilib.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti