Xəzər Xəbər

Orden və medalların istehsalı başlanır - Rəssamdan açıqlama - VİDEO

Veb TV | 21:04 • 4 Dekabr 2020
Orden və medalların istehsalı başlanır -

Vətən müharibəsində qəhrəmanlıq qazanan igidlərimizin yaxasını indi orden və medallar bəzəyəcək. Artıq bu atributların hazırlanmasına başlanıb. Onlardan ikisinin - "Zəfər" ordeni və "Vətən müharibəsi qəhrəmanı" medalı artıq istehsal ərəfəsindədir.

Xezerxeber.az-ın məlumatına görə, bu orden və medalların eskizlərini rəssam Rəşad Ələkbərov və rəssam Emil Məmmədov birlikdə hazırlayıblar. Rəşad Ələkbərov bu işin onlar üçün bir ilk olduğunu deyir.

900 əyarlı qızıldan hazırlanan "Zəfər" ordeni sağ və sol tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvari olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.

Rəssam Rəşad Ələkbərov deyir ki, ordendə yer alan dəmir yumruq bizim bütün cəbhələrdəki mübarizəmizin simvoludur. Bizim xalqın 44 günlük mübarizədəki hisslərini ancaq o yumruq ifadə edə bilərdi. "Vətən müharibəsi qəhrəmanı" medalında isə ulduzların bucaqlarını yarpaqlar bəzəyib. Zoğalı rəng fonunda aypara və ulduz parlayır. Bu orden və medal artıq istehsal ərəfəsindədir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti