Xəzər Xəbər

Laçında qədim abidə belə saxtalaşdırılıb - VİDEO

Veb TV | 19:27 • 3 Dekabr 2020
Laçında qədim abidə belə saxtalaşdırılıb -

Ermənilər Laçında qədim abidəyə saxta "tarixi lövhələr" yerləşdiriblər.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarixçi alim Qasım Hacıyev deyib ki, Qarabağın digər bölgələri kimi, Laçında da qədimliyi ilə seçilən mədəniyyət nümunələrimiz yetərincədir. Ancaq qarşılarına nə zamansa çıxan hər şeyi-yeməyi, heykəli, musiqini, hətta torpağı belə utanmadan özününküləşdirməkdə mahir olan ermənilər Laçının tarixi abidələrinə də öz təbirlərincə əl gəzdiriblər. Azərbaycan-Alban mədəniyyətinə aid olan Ağoğlan məbədi kimi...

7-ci əsrə aid məbədə və əraziyə işğaldan sonra,yəni 20-ci əsrin sonlarına doğru Ermənistanda istehsal olunan xaç daşları basdırılıb və saxta lövhələr yerləşdiriliblər. Özünü dünyanın "ən qədim" xalqı kimi qələmə verməyə çalışan başbilənləri də bu açıq-aşkar saxtakarlıqlarına başqalarını da inandırmaq üçün müasir lövhələrə qədimi görkəm verməyə çalışıblar.

Amma başa düşmürlər ki, Alban abidələri xarici görkəmi ilə digər tikililərdən kəskin fərqlənirlər. Bilici gözü ılə baxan hər kəsdə onların məhz Azərbaycan memarlıq sənətinin nümunələri olduğu şübhə doğurmur.

Tarixçi alim deyib ki, ermənilər Laçının digər tarixi abidələrini də məhv ediblər. Rayon ərazisindəki Məlik Əjdər türbəsi, Sultan Baba piri və digər ziyarətgahlar dağıdılaraq talan edilib. Laçında geniş yayılmış daş heykəllər, xüsusən qoç və at fiqurlarının bir qismi oğurlanıb, bir qismi isə tamamən yox edilib. Laçın Dövlət Tarix-Diyarşünaslıq Muzeyinində isə sözün əsl mənasında daş daş üstə qalmayıb. Həm bina, həm də 10 mindən artıq eksponat darmadağın olunub. Apara bildiklərini daşıyıb, gücü çatmadıqlarını viran qoyublar. Amma unudublar ki, tarix də, onun həqiqətləri də heç zaman yox olmur!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti