Xəzər Xəbər

Koronavirusun yayılmasının qarşısını almaq üçün daha sərt qaydalar tətbiq edilə bilər - VİDEO

Veb TV | 19:56 • 2 Dekabr 2020
Koronavirusun yayılmasının qarşısını almaq üçün daha sərt qaydalar tətbiq edilə bilər -

Koronavirusa yoluxma sayı artdıqca, ölüm sayı da artır.

Xezerxeber.az-ın məlumatına görə, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

O bildirib ki, son günlər əhali arasında sistem vurulması halları çoxalıb. Xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər.

Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev isə bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq üçün daha ciddi qərarların qəbuluna ehtiyac var.

Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib ki, koronavirusun nə qədər davam edəcəyinə proqnoz vermək çətindir. Onun sözlərinə görə, lazım olmayanda ictimai nəqliyyatdan istifadə edilməməli, zəruri olmayan hallarda evdən çıxılmamalıdır.

Xəstəliyə yoluxmuş və xüsusilə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaması tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti