Xəzər Xəbər

Laçın mühüm strateji-iqtisadi əhəmiyyətə malik rayondur - VİDEO

Veb TV | 22:12 • 1 Dekabr 2020
Laçın mühüm strateji-iqtisadi əhəmiyyətə malik rayondur -

İşğaldan azad edilən Laçın əhatə etdiyi ərazilərə görə strateji-iqtisadi əhəmiyyətə malikdir.

Xezerxeber.az-ın məlumatına görə, bu rayon həm mineral resurslar, faydalı qazıntılar, o cümlədən digər iqtisadi aspektlərdən mühüm əhəmiyyət daşıyır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib ki, Laçın rayonunun bir sıra investisiya tutumlu sahələri var. Bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir.

Departament rəhbəri qeyd edib ki, bundan sonrakı dövrdə yeni investisiya tutumlu sahələrdə qiymətləndirmələr aparılacaq.

Bu bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. İşğaldan öncə mərmər, əhəng sexləri, iki ədəd daş karxanası fəaliyyət göstərib.

Qarabağın inkişafında əsas inkişaf faktoru tikinti sektoruna yararlı xammal bazasıdır ki, Laçın rayonu da bu istiqamətdə mühüm paya sahib olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti