Xəzər Xəbər

Vətən Müharibəsində ayağını itirən qazimiz - Əsir düşmək əvəzinə... VİDEO

Veb TV | 21:28 • 29 Noyabr 2020
Vətən Müharibəsində ayağını itirən qazimiz - Əsir düşmək əvəzinə...

Bu gözəl torpaqları düşməndən azad edərək bizlərə, əsil sahibinə qaytaran igidlərimizi tanımağa davam edirik. İsmayıllıdan olan Kənan Kərimli də Böyük Vətən Müharibəsinin qazilərindəndir. O və yoldaşları məxfi məlumatları bölmələrə çatdırdığı üçün "canlı rabitə" adlandırılıb. Bu cür əməliyyatlardan birində isə yaralanıb və ayağını itirib. Ailəsi qazi olduğu üçün Kənanla fəxr etdiyini bildirir.


Böyük Vətən Müharibəsinin iştirakçılarından olan 23 yaşlı qazi Kənan Kərimli İsmayıllıda izdihamla qarşılanıb.


Kənan may ayında hərbi xidmətə çağrılıb və orada rabitəçi kursunu keçib. Sentyabrın 27-də, döyüşlər başlayanda isə Füzuli istiqamətində döyüşlərə qatılıb. Kənan Kərimli bildirib ki, onlar əldə edilən məxfi məlumatları digər bölmələrə çatdırmalı olublar. Bu səbəbdən də onları "Canlı rabitə" adlandırıblar. Döyüşün istiqamətini təyin edən bu məlumatlar yalnız canlı şəkildə ötürüldüyündən "Canlı rabitə"lər daim Erməni hərbçilərinin diqqət mərkəzində olub. Kənan Kərimli və yoldaşları da bu cür əməliyyatlardan birindən qayıdarkən atəşə məruz qalıblar.


İkinci mərmi isə rabitəçilərə ağır xəsarətlər yetirib. Kənan sağ ayağını itirib və bədənindən çoxsaylı qəlpə yaraları alıb. Qəlpələrdən bir neçəsi hələ də bədənindədir.


Valideynləri bildirirlər ki, Kənan döyüşə gedəndə onlar hər cür xəbərə hazır idilər. Kənan Kərimli yaxın günlərdə bədənindəki qəlpələrin çıxarılması üçün əməliyyat olunacaq.


Xəbər lenti