Xəzər Xəbər

TƏBİB: Koronavirusa yoluxanların sayı daha da artacaq - VİDEO

Veb TV | 20:16 • 29 Noyabr 2020
TƏBİB:

Azərbaycanda son 15 gündə koronavirusa rekord sayda, 3-4 min nəfərin üzərində yoluxma qeydə alınır. Tendensiya göstərir ki, bu rəqəm daha da arta bilər. Bu isə onsuz da gücləndirilmiş rejimdə işləyən səhiyyə sisteminin imkanlarını aşır. TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyir ki, koronavirusdan ona qarşı tədbirlər almadan qurtulmaq mümkün deyil. Hətta bir dəfə yoluxan şəxslər də arxayın olmasınlar ki, artıq COVID-19 onlardan yan keçdi. Təkrar yoluxma halları artıq bütün dünyada təsdiqlənib.


Azərbaycanda karonavirusa yoluxanların sayı sürətlə artır. Əvvəlki aylara nisbətən yoluxma sayı 4 min nəfərin üzərində qeydə qalınır. Rəqəmlərin gələcək həftələrdə daha pik həddə çatacağı gözlənilir. Bu vəziyyət isə səhiyyə sisteminin imkanlarını üstələyə bilər.


Yoluxma sayı onu göstərir ki,bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini və mövcud qaydaları qulaq ardına vurur. Karonavirusla savaşmağın yeganə yolu birlikdə, hamılıqla bu mübarizədə dövlətin tələblərinə riayət etməkdr. Yoluxmanın artmasına səbəb mövsümi olaraq respirator xəstəliklərin çoxalması, həmçinin insanların qapalı məkanlarda daha çox olmalarıdır. Yayılma riski daha çox olduğundan, virusdan qorunmaq tədbirləri daha da gücləndirilməlidir.


Vasif Əliyev karonavirusa yoluxub sağalanların da təkrar yoluxa biləcəyinə diqqət çəkərək bildirib ki, təkrar, dəfələrlə yoluxma halları artıq təsdiqlənib. Ona görə də bu, virusdan sağalan insanları arxayın salmamalıdır.


Xəbər lenti