Xəzər Xəbər

Fransa: soyqırım, müstəmləkə, qətllər... VİDEO

Veb TV | 21:23 • 26 Noyabr 2020
Fransa: soyqırım, müstəmləkə, qətllər...

Avropada özlərini demokratiyanın carçısı və müdafiəçisi kimi təqdim edən Fransa əslində uzun illər icra etdiyi müstəmləkə siyasəti yanaşmasını bu gün də davam etdirir. Bu ölkənin parlamentinin erməni separatçılarının başqa ölkənin ərazisində qurmağa çalışdığı qondarma rejimi tanımaqla bağlı qətnamə qəbul etməsinə başqa ad vermək olmaz. Bu qərara təəccüblənməmək üçün Fransanın yaxın keçmişinə nəzər salaq. Son 50 ildə Əlcəzair və Ruandada 2 milyon insan Fransa ordusunun soyqırımı nəticəsində həlak olub. Yəqin elə erməni cəlladları da soyqırım dərslərini bu qətliamları törədən fransız zabitlərindən öyrəniblər.


Dünyaya sözdə demokratiya dərsi keçən, əməldə isə dövlətləri məhvə , müharibələrə sürükləyəcək separatizmi dəstəkləməsi əslində təsadüfi deyil. Çünki, bu ölkənin qarışıqlıq, xaosu dəstəkləməsi heç də təsadüfi deyil. Bunun üçün Fransanın böyük və zorakılığa əsaslanan çoxillik müstəmləkə siyasətinə baxmaq kifayətdir.


Fransanın müstəmləkə tarixində Əlcəzairdə və Ruanda da törətdiyi qətliamlar insanlığın tarixinə qara hərflərlə yazılmış ən böyük faciələrdən sayılır.


Fransa 1830-cu ildə əlcəzairi işğal etmişdi. 1962-ci ildə əlcəzair müstəqilliyini qazanana qədər Fransa əlcəzairi fransızlaşdırmaq üçün bir asimilyasiya prosesi gerçəkləşdirmişdi. Məqsəd bir fransız əlcəzairi yaratmaq idi. 19-cu əsrin sonlarında 1 milyona yaxın fransız əlcəzairə yerləşdirildi.


II Dünya Müharibəsinin başlaması əlcəzairdə fransız işğalını yavaşıtdı. Fransa ələzairliləri müharibədə öz yanında görməyin qarşılığında onlara savaş bitincə azadlıqlarına sahib olacaqları vədi vermişdi. Müharibənin sona çatmasının ardından əlcəzairlilər həm döyüşün qalibiyyətini qeyd etmək üçün, həm də azadlıqları üçün əllərindəki bayraqlarla böyük bir nümayiş keçirdilər. Ancaq Fransanın bu nümayişə verdiyi reaksiya insanlıq tarixinin faciəvi günlərindən birini əlcəzairlilərə yaşatdı. Fransız ordusu havadan və qurudan bölgəyə hücum təşkil etdi. Bir neçə gün davam edən bu hücum nəticəsində 45 min əlcəzairli həyatını itirdi. Bu qırğın əlcəzairdə yeni bir zamanı başlatdı. əlcəzair Qurtuluş Təşkilatı adıyla ortaya çıxan bir qrup həm siyasi, həm də hərbi olaraq mübarizəyə qalxdı. 31 oktyabrda 1954-cü ildə əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladıldı.

Ancaq bu qiyama Fransa geniş diametrli həbslər və əsgəri bir hərəkat ilə cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi əlcəzairə yeridildi. Fransa ələ keçərdiyi müqavimətçilərə qarşı böyük bir işgəncə tətbiq etdi.

Minlərlə adam mühakimə edilmədən edam olundu. Fransızlar bölgədə qala bilmək üçün hər cür işgəncədən istifadə edirdilər.

Ancaq bütün bunlar əlcəzairin Fransaya qarşı müqavimətini artırdı. Həmin zamanlarda ölkə xaricində əlcəzair Respublikasının Keçici Hökuməti quruldu. Bütün bu inkişaflar Fransada da siyasi böhrana səbəb olmağa başladı. Fransanın əlcəzair xalqının müqavimətinə qarşı edəcək bir şeyi qalmamışdı. Nəhayət Fransa əlcəzairdə müstəqilliyin yolunu açacaq referendumun keçirilməsini qəbul etdi. Keçirilən referendumda xalqın hamısı müstəqilliyə səs verdi. Beləcə ələzair fransız müstəmləkəsi olmaqdan xilas oldu, müstəqilliyini qazandı.Ancaq 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirdi. Bu qədər insanın qanına bais olan Fransa isə qətliamların əsas baiskarı kimi tarixə düşdü.


Ruanda isə Afrikanın ortasında olan bir ölkə idi. Avropalıların müstəmləkəçilik fəaliyyətinin vəhşicə yaşandığı yerlərdən biri. I dünya müharibəsindən sonra ölkə Belçikanın təsir dairəsinə düşmüşdü. Belçika müstəmləkəçiliyinə qədər bu ölkədə əmin-amanlıq hökm sürürdü. Ancaq yeridilən müstəmləkə siyasəti nəticəsində qəbilələr arasında bir-birinə qarşı olan kiçik narazılıqlar qısa zamanda silahlı münaqişələrə səbəb oldu. Fransa da gözə görünmədən xaos yaradaraq ölkədə birliyin məhv edilməsi üçün proseslərə dəstək verirdi. Qısa zamanda səpilən nifaq toxumları bəhrəsini verdi və Hutularla Tutsi tayfaları faktiki olaraq bir-birinə silah qaldıran döyüşçülərə çevrildi. 1994-cü ildə Hutu tayfasına məxsus dövlət başçısının təyyərəsinin vurulmasından sonra Fransa hutu hökumətinə açıq hərbi dəstək verməyə başladı. Bu dəstəklə birlikdə qətliama uğrayan Tutsilərin və qarşı tərəfdən Hutulardan ölənlərin sayı ümumilikdə 800 minə qədər yüksəldi. Belçikanın müstəmləkə idarəçiliyini asanlaşdırmaq üçün Fransanın etdiyi ayrı-seçkiliiyin sonu ilə 1 milyona yaxın insanın qətlə yetirilməsi ilə nəticələndi.



Təkcə bu iki hadisə nəticəsində Fransa 2 milyona yaxın insanın qətlinə fərman verib və bunu icra edib. Tarixində belə qara ləkə olan bir ölkənin bu gün təcavüzkar Ermənistana dəstək verməsi əslində Fransanın illər boyu demokratiya sözü arxasında gizlədilən gerçək niyyətlərinin aşkar olmasıdır. Hər zaman özlərini Avropanın mədəniyyət beşiyi adlandıran Fransa əslində öz ölkəsindəki sabitliyi müstəmləkələrdə insanları bir-birinə qırdıraraq, insanları istismara məruz qoyaraq əldə edib. Fransa parlamentinin son qəbul etdiyi qətnamə bir daha onu göstərdi ki, insan haqlarına, beynəlxalq hüquqa alternativ olmadığı iddia edilən çağdaş 21-ci əsrdə belə Fransa yenə də köhnə ampluasında qalmağa davam edir. Bu isə onun göstərir ki, Fransa dövləti üçün hələ müstəmləkə siyasəti bitməyib. Buna görə belə ölkədən ədalətli mövqe gözləməyin əbəs olduğu artıq öz təsdiqini tapdı.


Xəbər lenti