Xəzər Xəbər

Gəncədə Kəlbəcər sevinci VİDEO

Veb TV | 20:57 • 25 Noyabr 2020
Gəncədə Kəlbəcər sevinci

Kəlbəcərlilərin böyük bir qismi, eləcə də rayonun idarəetmə orqanları uzun illərdir ki, Gəncənin girişindəki şəhərcikdə yaşayıb, fəaliyyət göstərir. Bu gün həmin şəhərcikdə sözün əsil mənasında bayram ab-havası var idi.


Gəncə şəhərində salınmış şəhərcikdə Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə bayram şənliyi keçirilib.


Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki konsulu Zeki Öztürk və qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül dəstələri düzüblər.


Kəlbəcərli məcburi köçkünlər rayonun işğaldan azad edilməsi xəbərini rəqslərlə, əylənərək qeyd ediblər. Uşaqdan böyüyə hər kəs Kəlbəcərdən gələn xoş xəbərin coşqusunu yaşayıb.


Bildirək ki, Gəncə kəlbəcərli məcburi köçkünlərin ən sıx yerləşdiyi şəhərlərdən biridir. Ölkənin ikinci böyük şəhərində 15 minə yaxın Kəlbəcər rayonundan olan məcburi köçkün yaşayır.


Xəbər lenti