Xəzər Xəbər

Ermənistan ərzaq qıtlığı ilə üz-üzədir VİDEO

Veb TV | 20:19 • 25 Noyabr 2020
Ermənistan ərzaq qıtlığı ilə üz-üzədir

Ermənilər əvvəlki illərdə Qarabağda təxminən 135-150 min ton taxıl istehsal edib. Bunun da 100 min tondan çoxu ermənistana idxal olunub. Torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində Ermənistan ölkədə istehlak olunan taxılın 20-25%-ni kənardan almaq məcburiyyətində qalacaq. Bu, ölkədə qiymət artımı ilə yanaşı, ciddi ərzaq qıtlığı yarada bilər.


Ermənistan yaxında ciddi ərzaq qıtlığı ilə üzləşə bilər.


Ermənistanda hər il təxminən 200 min ton taxıl istehsal edilir, 250 min ton məhsul isə idxal olunur. Yəni ölkənin illik taxıl tələbatı təxminən 450 min tondur. 2017-2018-ci illərin məlumatlarına görə Qarabağda qanunsuz olaraq, 135-150 min ton civarında taxıl istehsal edilib ki, bunun da 100 min tondan çoxu Ermənistana göndərilib. Torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində isə Ermənistan artıq taxılın 20-25%-ni kənardan almaq məcburiyyətində qalacaq. Taxılı xarici valyutada aldığından və dramın sürətli şəkildə devalvasiya etdiyini nəzərə alsaq, qonşularla çörəyi asanlıqla tapdayan Ermənistan indi çörəksiz qala blər. 


Belə getsə, Ermənistanda yaxında bir çox məhsulların qıymətı artacaq və ölkəni çətin günlər gözləyir.


Ölkənin keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan da təsdiq edir ki, Ermənistan Qarabağ ərazilərini itirməsi səbəbindən ərzaq təhlükəsizliyi təhdidi ilə üzləşir.


Xəbər lenti