Xəzər Xəbər

Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq VİDEO

Veb TV | 20:40 • 25 Noyabr 2020
Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın iqtisadiyyatına da fayda verəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, rayon kifayət qədər təbii sərvətlərə və turizm potensialına malikdir . Bu zənginliyin öz tarixi sahibinə qaytarılması və onların fəaliyyətinin səmərəli şəkildə qurulması tezliklə bu yurd yerimizi ölkənin inkişaf etmiş regionlarından birinə çevirəcək.


Lüksemburq, Sinqapur, Monako. Bu gün işğaldan azad edilən Kəlbəcər rayonumuz dünyanın bəzi dövlətlərindən böyükdür. Yalnız böyük deyil, həm də tarixi-memarliq abidələri, iqtisadi potensialı ılə olduqca zəngin!


İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzinin departament müdiri Nicat Hacızadə deyir ki, Kəlbəcərin işğaldan azad edilməsinin böyük əhəmiyyəti var. Belə ki, 27 il ərzində rayonun faydalı qazıntıları Ermənistan tərəfindən talan edilib.


Nicat Hacızadə deyir ki, Kəlbəcərdə həmçinin sənaye əhəmiyyətli ehtiyatları 200 tondan çox olan civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daş yatağı, qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər oniksi nefroid yatağı; 1 obsidian yatağı, 1 listvenit yatağı var. Civə ehtiyatları Şorbulaq və Ağyataqda yerləşir. Bu yataqların Azərbaycana qaytarılması sözügedən sahədə iqtisadi artımı xeyli sürətləndirəcək.



Kəlbəcərdə olan qızıl yataqları ölkədə mədənçıxarma səhəsində yeni inkişaf templərinə səbəb olacaq. "Sarı metal"ın yeni yataqlarının istismara verilməsi gələcəkdə, dünya bazarında qızılın qiymətinin qalxmasını nəzərə alsaq, Azərbaycan üçün müsbət tendensiya olacaq. Kəlbəcər həm də turizm sahəsinin inkişafı üçün gözəl təbiətə, əlverişli relyefə, zəngin mineral sulara malikdir. Burada dünya şöhrətli Yuxarı İstisu, Aşağı İstisu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları var. İstisu bulağı üstündə 80-ci illərdə kurort və mineral sudoldurma zavodu da tikilib. İşğala qədərki dövrlərdə orada hər il 50 mindən artıq insan müalicə olunur, eyni zamanda istirahət edirdi. Belə sanatoriyaların yenidən bərpası bura olan turist marağını artıracaq.


Xəbər lenti