Xəzər Xəbər

Lerikdə maşın dərəyə aşdı, sürücü öldü VİDEO

Veb TV | 21:03 • 24 Noyabr 2020
Lerikdə maşın dərəyə aşdı, sürücü öldü

Lerikdə hərəkətdə olan maşın dərəyə yuvarlanıb. Hündürlükdən aşan maşının 50 yaşlı sürücüsü dünyasını dəyişib. Şamaxıda isə avtomobil Müalicə Diaqnostika Mərkəzinin 2 əməkdaşını vuraraq öldürüb.


Lerikin Piran kəndindən qışlaq yoluna qalxan hissədə avtomobil təxminən 90 metrlik hündürlükdən dərəyə aşıb.


Nəticədə 50 yaşlı sürücü - Cəlilabad rayonunun Alar kənd sakini Davud Əliyev hadisə yerində vəfat edib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Onun meyiti ərazidən götürülərək daxili və xarici müainə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkıran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.


Şamaxıda avtomobil Müalicə Diaqnostika Mərkəzinin əməkdaşlarını vurub. Hadisə bu gün səhər saatlarında Bakı-Şamaxı yolunda yerləşən Şamaxı Müalicə Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb.Belə ki, avtomobil yolu keçən mərkəzin işçiləri Tamella Haqverdiyeva və Zümrüd Mustafayevanı vurub. Qəza nəticəsində hər iki piyada hadisə yerində həyatını itirib.Faktla bağlı araşdırma aparılır.



Xəbər lenti