Xəzər Xəbər

Azərbaycanda plastik torbaların istifadəsi qadağan edildi VİDEO

Veb TV | 21:16 • 24 Noyabr 2020
Azərbaycanda plastik torbaların istifadəsi qadağan edildi

Azərbaycanda bir neçə millət vəkili koronavirusa yoluxub. Bu barədə Milli Məclisin plenar iclasında parlament sədri məlumat verib və deputatları diqqətli olmağa çağırıb. Eyni zamanda Milli Məclisdə koronavirusu müəyyən edən testin qiymətinin endirilməsi təklif edilib. Eyni zamanda bildirilib ki, politelen torbaların istehsalı ilə məşğul olan sahibkarlara yeni iş sahələri qurması üçün güzəştlər ediləcək.


Bir sıra millət vəkilləri koronavirusa yolxuduğu üçün Milli Məclisin bu gün keçirilən plenar iclasında işirak etməyib. Giriş nitqi ilə çıxış edən parlamentin sədri Sahibə Qafarova millət vəkillərini diqqətli olmağa çağırıb.


Millət vəkili Sabir Rüstəmxanlı təkliflə çıxış edərək koronavirusu müəyyənləşdirmək üçün olan testin qiymətində güzəşt edilməsini istəyib.


Milli Məclisin sədri bu təklifə cavabında bildirib ki, hazırda ölkəmizdə koronavirus əlamətləri olan şəxslərdən testin götürülməsi pulsuzdur.


Eyni zamanda iclasda polietilen torba və plastik stəkan satanların cərimələnməsi ilə bağlı layihə II oxunuşda qəbul edilib. Bu növ məhsulların istehsalı ilə məşğul olan şəxslərə isə bir sıra güzəştlərin ediləcəyi qeyd edilib.


Qeyd edək ki, qanun layihəsinə əsasən polietilen torbaların istehsalı və satışı 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istehsalı və satışı isə 2021-ci ilin 1 iyul tarixindən qadağan edilir.


Xəbər lenti