Xəzər Xəbər

Əsir düşmüş Amin və Bayramdan yeni xəbər var VİDEO

Veb TV | 21:20 • 23 Noyabr 2020
Əsir düşmüş Amin və Bayramdan yeni xəbər var

İkinci Qarabağ müharibəsində ermənilərin əsir götürdüyü hərbçilərimiz Amin Musayev və Bayram Kərimovun geri qaytarılması istiqamətində danışıqlar davam etdirilir. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən belə bildirilib.

 

Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovun əsir götürülməsi fakti ukraynalı jurnalist Aleksandr Xarçenkonun çəkdiyi kadrlarda əksini tapmişdi.

 

Əsirlərlə bağlı məsələ dövlət qurumlarının da diqqət mərkəzindədir. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən bildirilib ki, saxlanılan şəxslərlə əlaqədar Ermənistan tərəfı ılə danişiqlar aparılır. Ancaq əsirlərin qaytarılması ilə bağlı məsələdə qurum yalnız vasitəçi qismində çıxış edir.

 

Qurum yaxın zamanlarda Amin Musayev və Bayram Kərimova baş çəkməyi planlaşdırır.

 

Sözügedən məsələ Ombudsman Səbinə Əliyevanin da diqqətindədir və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi ilə bu barədə ıntensiv dialoq aparılır.

Xəbər lenti