Xəzər Xəbər

Gəncədə reydlər davam edir VİDEO

Veb TV | 21:17 • 21 Noyabr 2020
Gəncədə reydlər davam edir

Gəncədə karantin qaydalarına nəzarət məqsədi ilə reyd keçirilib. Yoxlamalar zamanı tibbi maskadan istifadə etmədən küçədə gəzən və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər aşkarlanıb. Onların barəsində inzibati qaydada protokollar tərtib olunub.

Kimi tibbi maska taxmadan küçədə gəzir, kimi isə qanunsuz taksi fəaliyyəti ilə məşğul olur.

Görüntülər polis əməkdaşlarının Gəncədə keçirdiyi reyddəndir. Xüsusi karantin rejimi qaydalarının sərtləşdirilməsinə nəzarət məqsədi ilə təşkil edilən yoxlamalar zamanı xeyli qayda pozuntusu aşkarlanıb. Bəzi vətəndaşların tibbi maskadan istifadə etmədən küçədə gəzdiyi ortaya çıxıb.

Reyd zamanı taksi fəaliyyəti ilə qanunsuz məşğul olanlar da aşkarlanıb.

Yoxlamalar zamanı mikroavtobusla rayonlararası sərnişin daşıyanlara da rast gəlinib.

Qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitələrinin istismarı dayandırılıb, sürücüləri barəsində inzibati qaydada tədbir görülüb. Reydlər davam etdiriləcək.

Xəbər lenti