Xəzər Xəbər

11 yaşlı Zəhra əsgərlərə görün nə göndərdi - Əsgərlərin cavabı gecikmədi - VİDEO

Veb TV | 20:45 • 21 Noyabr 2020
11 yaşlı Zəhra əsgərlərə görün nə göndərdi -

Vətən kiçikdən böyüyə hər kəsin həmrəyliyi ilə var olur. 11 yaşlı Zəhranın cəbhəyə göndərdiyi məktublar düşmənlə üz-üzə dayanan mərd və qorxu bilməyən Azərbaycan əsgərinə mənəvi dəstək olub. Zəhra əsgərlərə termosun içində onlarla məktub göndərib.


"Hər şey yaxşı olacaq, sizi sevirəm" . 11 yaşlı Zəhra balaca ürəyində böyük sevgisilə əsgərlərə yazdığı məktubu hədiyyə etdiyi çay termosunda göndərib.


Zəhra deyir ki, əsgərlərimizi çox istəyirəm. Bayrağımızı daim yüksəklərdə dalğalandırdıqlarına görə, qələbəyə görə onlara minnətdaram.


Zəhranın anası Arzu Rzayeva deyir ki, bu təşəbbüs qızının özündən gəlib. Övladının ürəyindən gələn bu addım anasını da qürurlandırıb.


Zəhranın payına əsgərlərimizin minnətdarlığı gecikməyib. Könüllü cəbhəyə gedən əsgər Orxan Səfərli öz facebook səhifəsində Zəhraya minnətdarlığını yazıb, həmin günlərdə dəstəyi ilə onlara mənəvi dəstək olduğunu bildirib.


Zəhra tez bir zamanda həmin əsgərlə görüşəcəyinə ümid edir.


Xəbər lenti