Xəzər Xəbər

Tural Gəncəliyev: Ordumuz torpaqlarımızı işğalçılardan təmizləməklə məşğuldur - VİDEO

Veb TV | 21:34 • 23 Oktyabr 2020
Tural Gəncəliyev: Ordumuz torpaqlarımızı işğalçılardan təmizləməklə məşğuldur -

Danışıqlar masasında əsas mövzu daim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub.

Xezerxeber.az-ın məlumatına görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev deyib.

O bildirib ki, erməni baş nazirin "Qarabağ Ermənistandır", "Azərbaycan qondarma "Dağlıq Qarabağ hökuməti" ilə danışıqlar aparmalıdır" deməsi, üstəlik mülki əhaliyə qarşı terror əmri verməsi danışıqlar prosesinə əngəl yaradıb: "Əgər Azərbaycanın mülki əhalisinə hücum olunursa, onun həm özünü müdafiə etmək, həm də əks-hücuma keçmək hüququ var".

Tural Gəncəliyev deyib ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Ermənistan tərəfi atəşkəsin səmərəli olmasını istəyirsə işğal olunmuş ərazilərimizin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.

Ermənistan bütün bunlara əməl etmək əvəzinə, döyüşlərə muzdluları cəlb etməklə terrorçu olduğunu da ortaya qoyur. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan, Kanada pasportu olan insanlar var. Əldə olunan dəlillər təsdiq edir ki, Fransa, ABŞ, keçmiş sovet, Yaxın Şərq ölkələrinin vətəndaşları hərbi əməliyyatlarda iştirak edirlər.

Tural Gəncəliyev bildirib ki, Ermənistan respublikası və rəhbərliyi müharibə başa çatdıqdan sonra istər maddi, istər mənəvi istər təbii sərvətlərimizin məhv edilməsinə görə Azərbayacana dəyən zərəri ödəməlidir. Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərini pozduğuna görə kompensasiya ödməyə məcbur etməliyik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti