Xəzər Xəbər

Bakıda polis reyd keçirib - VİDEO

Veb TV | 22:04 • 23 Oktyabr 2020
Bakıda polis reyd keçirib -

Nərimanov rayon Polis İdarəsinin əməkdaşları ictimai yerlərdə maska taxmayan şəxslərə qarşı reyd keçiriblər.

Xezerxeber.az-ın məlumatına görə, reyd zamanı avtobuslarda maska taxmayan sərnişinlər düşürülüb və onlara cərimə yazılıb.

Polis ictimai nəqliyyatda maskası olanlara da xəbərdarlıq edib ki, ondan düzgün istifadə etmək məcburidir və buna ciddi şəkildə əməl edilməlidir.

Polis kafe və restoranlarda da yoxlama aparıb. Bir restoranda polis masalar arasında ara məsafəsinin saxlanmasının pozulduğunu bildirərək onlara xəbərdarlıq edib.

Mağazalarda da polis ciddi yoxlamalar aparıb. Maskadan düzgün istifadə etməyənlərə xəbərdarlıq edilib və bildirilib ki, növbəti dəfə həmin şəxslər cərimə olunacaqlar.

Daha sonra isə dayanacaqlarda sosial məsafə prinsipini pozan, maska taxmayan şəxslərə də xəbərdarlıq edilməklə onlara da qaydalara əməl etmələri tapşırılıb.

Qeyd edək ki, polis bu cür reydləri davam etdirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti