Xəzər Xəbər

Erməni gənclər ordudan yayınmaq üçün yeni üsul tapıblar - VİDEO

Veb TV | 21:05 • 23 Oktyabr 2020
Erməni gənclər ordudan yayınmaq üçün yeni üsul tapıblar -

Ermənistanda kütləvi şəkildə ordudan yayınma halları daha da genişlənib.

Xezerxeber.az-ın məlumatına görə, ermənilər övladlarını döyüşə göndərməmək üçün rüşvət qarşılığında guya koronavirusa yolxuduqlarını bəyan edirlər.

Düşmənə məxsus kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, erməni valideynləri bunun üçün hətta 1000-2000 dollarlarından keçməli olurlar.

Hərbi ekspert Ruslan İmanquliyevin sözlərinə görə, bu amil Azərbaycan Ordusunun gücünün göstəricisidir. Çünki düşmənə vurulan ağır zərbəni erməni valideynləri görür və övladlarını ölümə göndərməkdənsə bu yolu üstün tuturlar.

Ekspertin sözlərinə görə, erməni rəsmiləri xalqına mütəmadi olaraq yalan məlumat verib, itkilərini gizlətsə belə, insanlar internet vasitəsi ilə itkiləri yaxşı görür. Buna görə də düşmən döyüşmək üçün əsgər tapa bilmir.

Ermənilər ordumuz tərəfindən azad edilən yeni ərazilərlə bağlı məlumat əldə edib, itkilərini gördükcə ordudan yayınma hallarının daha çox olacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti