Xəzər Xəbər

"Dünəndən "Zəngilan" deyib ağlayıram" - VİDEO

Veb TV | 20:55 • 21 Oktyabr 2020
 "Dünəndən "Zəngilan" deyib ağlayıram"  -

Zəngilanlıların nəinki üzü, ürəyi də gülür bu günlərdə.

Əməkdaşlarımız həmin sevincə şərik olmaq üçün Abşeron rayonu, Masazır qəsəbəsindəki məcburi köçkünlər üçün salınmış şəhərciyə yollanıblar. Onlar sakinlərlə həmsöhbət olub, Zəngilan sevgisini lentə alıblar.

Müsahibimiz əslən Zəngilan rayonundan olan 70 yaşlı Vaqif Hüseynovdur. Deyir, dünəndən kövrəlib, elə hey ağlayır: "Evim-eşiyim, həyət-bacam, qonşularım, torpağım gözümün önündən getmir".

Vaqif dayı 2013-cü ildən Abşeron rayonu, Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə yaşayır. Həm özü, həm də həyat yoldaşı 1-ci qrup əlil olan bu ağsaqqal heç sakitləşmədi, çəkiliş boyu "Zəngilan" deyib göz yaşı tökdü.

Qızılgül xanım da kövrəkdir bu günlərdə. Deyir, 27 illik duası olub Zəngilana qovuşmaq.

İndi bu şəhərcikdə yerləşən bütün evlərdən, balkonlardan 3 rəngli bayrağımız dalğalanır. Sakinlərin maşınlarını da bayraq və Zəngilan sözü bəzəyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti