Xəzər Xəbər

Zəngilanın özünəməxsus təbiəti var - VİDEO

Veb TV | 19:50 • 21 Oktyabr 2020
Zəngilanın özünəməxsus təbiəti var -

İşğaldan azad olunmuş ərazilərimiz, eləcə də Zəngilan rayonu mühüm təbii ehtiyatlar və coğrafı quruluşuna görə də əhəmiyyətə malikdir.

Xezerxeber.az-ın məlumatına görə, Zəngilan təkcə tarixi mövqeyi ilə deyil, həm də torpağı, iqlimi ilə seçilir.

Burada Azərbaycanın həm də dünyanın ən nadir qoruqlarından biri olan Bəsitçay Dövlət Təbiət Qoruğu yerləşir.

Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Paşayev bildirir ki, bitki örtüyü, yeraltı və yerüstü sərvətləri, zəngin mineral bulaqları olan ərazinin özünəməxsus iqlimi və təbiəti var.

Nadir və nəsli kəsilməkdə olan bitki kimi çinar ağacları Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilib. Bu ağacların bu və ya digər yolla artması dünyada həm meşəçilik, nəbatat elmləri, həm də atmosfer havası üçün böyük əhəmiyyətə malikdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti