Xəzər Xəbər

Gəncə şəhərində 88 abonentin qaz təchizatı bərpa edilib - VİDEO

Veb TV | 19:43 • 20 Oktyabr 2020
Gəncə şəhərində 88 abonentin qaz təchizatı bərpa edilib -

Cəbhə zonasında təhlükəsizlik tədbirləri və döyüş prosesinin tələblərinə uyğun olaraq sentyabrın sonundan bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılmışdı. Belə yaşayış məntəqələrindən biri də Goranboyun Tapqaraqoyunlu kəndi idi. Artıq bu gündən etibarən həmin ərazidə baş vermiş fəsadların aradan qaldırılması ilə bağlı tədbirlər görülməyə başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Azəriqaz"ın mətbuat katibi Ceyhun Səfərli deyib.

Ceyhun Səfərli bildirib ki, Gəncə şəhərinə ikinci dəfə endirilən raket zərbəsi nəticəsində 150 abonentin qaz təchizatı dayandırılmışdı. Artıq burada 88 abonentin qaz təchizatı bərpa edilib.

Qurum rəsmisi onu da qeyd edib ki, hazırda Füzuli, Beyləqan və Bərdə rayonları tam şəkildə qazla təchiz olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti