Xəzər Xəbər

Türkiyə parlamentinin sədri həmsədr ölkələri tənqid etdi - VİDEO

Veb TV | 19:22 • 19 Oktyabr 2020
Türkiyə parlamentinin sədri həmsədr ölkələri tənqid etdi -

Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini tənqid edib.

O, jurnalistlərə açıqlmasında deyib ki, bu ölkələr Dağlıq Qarabağ münaqişəsini həll etmək niyyətində deyillər.

Xezerxeber.az-ın məlumatına görə, Mustafa Şentop bildirib ki, sözügedən dövlətlər Ermənistana silah yardımı edirlər.

Türkiyə Böyük Millət Məclisinin sədri ABŞ rəsmilərinin regiondakı vəziyyətlə bağlı açıqlamalarını da sərt tənqid edib.

Mustafa Şentop Türkiyənin Azərbaycanı dəstəkləməsinin təbii proses olduğunu bəyan edib. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir. Mustafa Şentop vurğulayıb ki, Azərbaycan öz haqq davasını aparır, torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatları həyata keçirir və bu yolda türk xalqı Azərbaycanın yanındadır.

Türkiyəli qonaq Gəncə və digər rayonlarda yaşayış məntəqələrinin atəşə tutulmasına da münasibət bildirib və bunu edənlərin beynəlxalq hüquq qarşısında cavab verəcəyini deyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti