Xəzər Xəbər

Ali məktəblərin boş qalan yerlərinə qəbulla bağlı VACİB QƏRAR VİDEO

Veb TV | 21:14 • 30 Sentyabr 2020
Ali məktəblərin boş qalan yerlərinə qəbulla bağlı VACİB QƏRAR

Bir neçə gündür ölkə ərazisində bəzi bölgələr üzrə internetin verilməsində məhdudiyyət olduğundan Dövlət İmtahan Mərkəziixtisas seçiminin vaxtını uzadıb. Qurum eyni zamanda ali təhsil müəssisəsələrinə qəbulla bağlı onlayn qeydiyyat prosesində yarana biləcək problemə də aydınlıq gətirib.

Ali məktəblərin boş qalan yerlərinə və 11 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı uzadılıb.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə qeyd edib ki, cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırıldığı üçün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 2 oktyabradək uzadılıb.

Son bir neçə gündür internetdə yaranan problem eyni zamanda tələbə adını qazanan abituriyentləri də bir qədər narahat edir. Belə ki, onlar oktyabrın 7-dək sənədlərini ali məktəblərə təqdim etməlidirlər. Məsələ ilə bağlı Xanlar Xanlarzadə bildirdi ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilməyəcək. Qəbul olanların və qeydiyyatdan keçənlərin statistikasına baxılacaq və müəyyən olunacaq ki, nə qədər adam qeydiyyatdan keçməyib və səbəbləri nədir?

Əgər tələbələr onlardan asılı olmayan səbəblərə görə qeydiyyatdan keçməyiblərsə buna uyğun olaraq qeydiyyat müddəti uzadıla bilər.

Xəbər lenti