Xəzər Xəbər

Qarabağ veteranı dənizdə batan ana və qızını xilas etdi VİDEO

Veb TV | 20:05 • 14 Avqust 2020
Qarabağ veteranı dənizdə batan ana və qızını xilas etdi

Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərən Qazi Pyotr Anatolyeviç Kuvşinov bu dəfə də cəsurluğu ilə diqqətləri öz üzərinə çəkib. Qarabağ veteranı dənizdə boğulan ana və qızını xilas edib. Hadisə şimal dres bölgəsindəki çimərlikdə suya girməyin qadağan edildiyi ərazidə baş verib. Özünü təhlükəyə atan şəxs əslində su polosu üzrə idman ustasıdır. Lakin son 2 ildə onkoloji xəstəlikdən müalicə aldığı üçün ona həkimlər tərəfindən üzmək qadağan edilib. Buna baxmayaraq o, öz həyatını təhlükəyə ataraq bir ailənin 2 üzvünü xilas etməyə nail olub.

 

 

İllər əvvəl Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərən veteran Pyotr Anatolyeviç Kuvşinov bu dəfə də cəsurluğu, mərdliyi ilə diqqətləri öz üzərinə çəkib.

 

Qarabağ qazisi avqustun 11-i Şimali DRES bölgəsində dənizdə batmaq təhlükəsi ilə üz-üzə qalan ana və qızını xilas edib. 1992-ci ildə qarabağ müharibəsinə könüllü qoşularaq, 1996-cı ilə qədər erməni işğalçılarına qarşı vuruşan Pyotr Kuvşinov ağır yaralanaraq ordudan tərxis olunub. Hazırda Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi vəzifəsində çalışan P.Anatolyeviç həm də su polosu üzrə idman ustasıdır. Amma son iki ildir onkoloji xəstəlikdən müalicə olunduğu üçün ona həkimlər müəyyən qadağalar qoyublar. Hətta ona üzmək də olmaz. Amma gördüyü hadisəyə biganə qala bilməyib:

 

Anatolyeviç gözünü suyun dərinliyinə gedən ailədən çəkmir.Qəfil onların güclü su axınına düşdüyünü hiss edir. Köməyə gedən qazi ilk olaraq uşağı xilas edib. Daha sonra isə ər və arvadın xilası üçün yenidən eyni istiqamətə üzüb. Ailə başçısını xilas edə bilmədiyinə təəssüflənən qəhrəmanımıza bu işdə həyat yoldaşı da kömək edib.

 

Beləcə onlar bir ailənin tamamilə yox olmasının qarşısını alıblar. 63 yaşlı qəhrəmanımız deyir ki, insan həyatını xilas etmək üçün dənizə atlamaq güllə qarşısına çıxmağa bərabərdir.

 

 

Xəbər lenti