Xəzər Xəbər

3 gün sonra müəllimlərin işə qəbulu imtahanıdır VİDEO

Veb TV | 20:06 • 11 Avqust 2020
3 gün sonra müəllimlərin işə qəbulu imtahanıdır

Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start veriləcək. Bu il imtahanlarda bir sıra yeniliklər olacaq. Gələcək müəllimləri imtahanlarda nələr gözləyir?



Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi baş tutacaq. Bu mərhələdə 46 min 228 namizəd iştirak hüququ qazanıb.



Artıq müvafiq ixtisas üzrə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumatların namizədlərin şəxsi səhifələrinə mərhələli qaydada göndərilməsinə başlanılıb.Bu ilki imtahanlarda namizədləri bir çox yeniliklər gözləyir.Ən əsas yeniliklərdən biri imtahanların keçiriləcəyi yerlərlə bağlıdır


Daha bir yenilik isə suallarla bağlıdır. Bu ilki imtahanlarda bəzi sullar ləğv ediləcək və ən əsası əvvəllər apelyasiyaya qədər gedən bəzi məsələlər ləğv ediləcək.


Qeyd edək ki, proses TƏBİB-in "İmtahanlar zamanı koronavirus infeksiyasının profilaktikasına dair" metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək. İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları zəruridir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər.



Xəbər lenti