Xəzər Xəbər

Şəhid General Həşimovun yaşadığı bina təmir olunur VİDEO

Veb TV | 09:26 • 10 Avqust 2020
Şəhid General Həşimovun yaşadığı bina təmir olunur

Şəhid General-mayor Polad Həşimovun bir vaxtlar Sumqayıtda yaşadığı binanın əsaslı təmirinə başlanıb. Artıq işlərə start verilib. Sumqayıt İcra Hakimiyyəti tərəfinən aparılan təmir işləri qısa müddət ərzində başa çatdırlacaq.

Şəhid General-mayor Polad Həşimovun yaşadığı bina əsaslı şəkildə təmir edilir.

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisindəki binadakı işlərə 2 növbəli olmaqla bir neçə briqada cəlb olunub. 5 bloklu yaşayış binasının dörd bir tərəfinin üz hissəsi qaşınaraq suvarılır. Dövlət tərəfindən həyata keçirilən işlər, həmin binada yaşayan digər sakinlərin də sevincinə səbəb olub.

Sumqayıt şəhər İcra Hakimiyyətindən ''xəzər xəbər''ə bildirildi ki, binanın əsaslı təmirinin yüksək səviyyədəhəyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Hazırda binanın ön divar hissəsi təmir olunaraq rənglənir. Daha sonra giriş hissələrə müasir qapılar qoyulacaq. Binanın bütün İşıq, Qaz, su xətləri yenilənəcək.

Yaşayış binasında, həyata keçirilən təmir bərpa və abadlıq işlərinin qısa müddət ərzində,başa çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, Polad Həşimov Sumqayıtda anadan olub. O, iyulun 13-14 keçən gecə Tovuz istiqamətində ermənilərin təxribatı nəticəsində başlayan döyüşlərdə qəhrəmancasına həlak olub.

Xəbər lenti