Xəzər Xəbər

Azərbaycanda beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq VİDEO

Veb TV | 09:21 • 10 Avqust 2020
Azərbaycanda beynəlxalq sertifikatlı mütəxəssis hazırlanacaq

Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlımütəxəssis hazırlığına başlayacaq. Prosesə 3 min nəfər cəlb olunacaq. Mütəxəssis hazırlığıişçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır.

3 min nəfər beynəlxalq- İSO sertifikatlı mütəxəssis ola biləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlı mütəxəssis hazırlığına başlayacaq.

Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar. Agentlik ilk mərhələ kimi, 3 min nəfərmütəxəssisin hazırlığını həyata keçirməyi planlaşdırır.

Dövlət Məşğulluq Agentliyinin mətbuat Katibi Əsmər Nəcməddinqızı bildirib ki, qeyd edilən mütəxəssis hazırlığının təşkili üçün hazırda beynəlxalq tərəfdaşlarla müzakirələr aparılır.

Xəbər lenti