Xəzər Xəbər

Xəzər dənizinin suyunu içəcəyik VİDEO

Veb TV | 09:16 • 10 Avqust 2020
Xəzər dənizinin suyunu içəcəyik

Həm dünya ölkələri, həm də Azərbaycanda su ehtiyatlarında azalma müşahidə olunur. Problemin qarşısını almaq üçün bir sıra variantlar gözdən keçirilir. Artıq Azərbaycanda Xəzər dənizindən götürülmüş su təmizləndikdən sonra ondan içməli su kimi istifadə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttar-zadə ''Xəzər Xəbər"ə müsahibəsində bildirib ki, əgər ehtiyac yaranarsa ikinci birdəniz suyunun duzsuzlaşdırılması kompleksi inşa edilə bilər.

Yaxın gələcəkdə ehtiyac yarandığı təqdirdə ,ölkədə ikinci bir Xəzər Dəniz Suyunun Duzsuzlaşdırlması Kompleksi tikilə bilər. ''Xəzər Xəbər''ə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttar-zadə belə deyib.

Rasim Səttar-zadənin sözlərinə görə,bütün dünyada olduğu kimi Azərbaycanda da iqlim dəyişmələri və istiləşmə prosessləri nəticəsində su ehtiyyatlarında azalma müşahidə olunur.Gələcəkdə də bu tendensiyanın davametmə ehtimalı böyükdür.Buna görə də ölkəmizdə bu problemin qarşısını almaq üçün vaxtında ehtiyat tədbirlərinin görülməsinə başlanılıb.

2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndindədəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən,yüksək texnologiyaya əsaslanan zavod inşa edilib. Zavodda istehsal olunan sudan 50-70 min əhalisi olan bir şəhəri içməli su ilə təmin etmək mümkündür. Bu isə o deməkdir ki, ehtiyac olarsa, Azərbaycan sınaqdan çıxmış texnologiyalar əsasında Xəzərin sularından və digər alternativ mənbələrdən istifadə edərək öz ehtiyaclarını ödəməyə tam hazırdır. Bundan başqa ehtiyac yarandığı təqdirdə ikinci belə bir zavod inşa edilə bilər.

Nazirliyin şöbə müdiri onu da qeyd etdi ki, xəzər dənizinin suyunu duzsuzlaşdıraraq içmək istəyiriksə, bu zaman suyun çirklənməsini minimuma endirmək üçün hər birimiz səy göstərməliyik.

Xəbər lenti