Xəzər Xəbər

Hacıqabulda qaz kəmərində güclü PARTLAYIŞ VİDEO

Veb TV | 09:52 • 8 Avqust 2020
Hacıqabulda qaz kəmərində güclü PARTLAYIŞ

Hacıqabul rayonunda Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus qaz kəmərlərindən birində partlayış baş verib.


XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.


O qeyd edib ki, partlayış yaşayış məntəqələrindən uzaq bir ərazidə baş verib. Buna görə də əhali üçün heç bir təhlükə yoxdur və zərərçəkən də yoxdur:


"Bu, bizim əsas qaz boru kəmərlərimizdən biridir. Onun "Qalmaz" yeraltı anbarına bağlı bir qaz boru kəməri olduğu ehtimal edilir".


SOCAR rəsmisi bildirib ki, boru kəməri özü artıq bağlanıb, qaz artıq oraya daxil olmur:


"Boru içərisində qalan qaz bitəndən sonra yanğın müvafiq olaraq dayandırılacaq. Partlayışın səbəbi hələlik bizə məlum deyil. Güman edilir ki, bu, qaz sızmasına və partlayışa səbəb olan korroziyadır"


***


İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub.


Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.


Əlavə məlumat veriləcək.




Xəbər lenti