Xəzər Xəbər

Yasamalda məhəllədaxili yollar asfaltlanır VİDEO

Veb TV | 21:14 • 6 Avqust 2020
Yasamalda məhəllədaxili yollar asfaltlanır

Alatava-2 sakinlərinin yol problemi həllini tapıb. Yasamal rayonunda uzun illərdən bəri təmir edilməyən və gediş-gəlişi yararsız vəziyyətdə olan yolun asfaltlanmasına başlanıb.

Uzun illərdir yararsız vəziyyətdə olan yollara yeni asfalt örtüyü çəkilir.

Paytaxtın Yasamal rayonunda bir sıra məhəllədaxili yolların yenidən qurulmasna start verilib. Alatava 2 yaşayış massivində asfaltın döşənməsi işlərinə Yasamal Bələdiyyəsi tərəfindən nəzarət edilir. Sakinlərin müraciətləri nəzərə alınaraq, əraziyə baxış keçirilib və işlərə başlanılıb.

Uzun illərdən bəri təmir edilməyən və gediş-gəliş üçün yararsız vəziyyətdə olan yolun yenidən qurulması sakinlərin də ürəyincədir.

Yol örtüyünün təzələnməsi və asfaltın döşənməsi işləri rayonun digər ərazilərində də həyata keçiriləcək.

Xəbər lenti