Xəzər Xəbər

Qrunt sularından səmərəli istifadə ediləcək VİDEO

Veb TV | 20:55 • 6 Avqust 2020
Qrunt sularından səmərəli istifadə ediləcək

Artıq parklarda, yol kənarlarında olan yaşıllıqların qrunt suları vasitəsi ilə suvarılmasına başlanılıb. İlk belə layihə"Nizami" metro stansiyasının yerləşdiyi ərazidə icra edilib. Məqsəd içməli sudan səmərəli istifadəni təmin etməkdir.

Bir vaxtlar kanalizasiya şəbəkəsinə lazımsız yerə axıdılan qrunt suları ilə indi yaşıllıqlar suvarılır. Məqsəd içməli sudan səmərəli istifadəni təmin etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bakı Metropoliteni" QSC tərəfindən metropoliten ərazisində formalaşan yeraltı qrunt sularından səmərəli istifadəyə hesablanmış mühüm bir layihənin icrasına start verilib. Texniki məqsədlər, əsasən də yaşıllıqların suvarılması üçün yeraltı qrunt sularından istifadəni nəzərdə tutan layihə çərçivəsində ilk mühüm addım "Nizami" metro stansiyasının yerləşdiyi ərazidə atılıb. Layihə çərçivəsində qrunt sularının daha gur olduğu və suyun debitinin müvafiq tələblərə cavab verdiyi "Nizami-Elmlər Akademiyası" istiqamətində müvafiq işlər icra edilib.

Suyun nəql edilməsi məqsədilə 114 mm diametrində dəmir borulardan 70 metr uzunluğunda xətt çəkilib, 100 mm-lik siyirtmələr qoyulub. Həcmi nəzərə alınmaqla ötürüləcək suyun toplanması üçün 60 ton tutumlu çən quraşdırılıb. Suyun xüsusi maşınlara doldurulmasını sürətləndirmək üçün çənin çıxışı müvafiq texniki parametrlərə cavab verən nasosla təmin edilib.

Bu layihə sudan qənaətlə istifadəyə nail olmaqla yanaşı, Bakının yaşıllıqlara bürünməsində, ağacların qurumasının qarşısın alınmasında, ekoloji tarazlığın bərpa olunmasında böyük rol oynayacaq.

Xəbər lenti