Xəzər Xəbər

Livanda baş verən partlayış sabitlik və təhlükəsizliyin vacibliyini ön plana çəkir VİDEO

Veb TV | 09:35 • 6 Avqust 2020
Livanda baş verən partlayış sabitlik və təhlükəsizliyin vacibliyini ön plana çəkir

Livanın paytaxtı Beyrutda baş verən iki güclü partlayışda 100-dən çox insan həlak olub, 4 mindən çox şəxs yaralanıb. Ölkənin Səhiyyə Nazirliyi ölü sayının artacağını istisna etmir. Hadisənin baş verməsinə ilkin səbəb kimi isə hərbi dəniz qüvvələrinin anbarında qaynaq işləri aparılarkən amonyak turşusunun partlaması göstərilir. Hökumət faciə ilə əlaqədar ölkədə matəm elan edib, payaxtda 2 həftəlik fövqəladə rejim tətbiq olunub. Livanda baş verən hadisələr sabitlik və təhlükəsizlik amilinin vacibliyini, bunun qorunması üçün milli vəhdət və həmrəyliyin önəmi ön plana gətirir.

Livanın paytaxtı Beyrutda baş verən iki güclü partlayışda 100-dən çox insan öldü, 4 mindən çox şəxs yaralandı.

Hadisə Hərbi dəniz qüvvələrinin bazasında baş verib. İlkin məlumata görə partlayış 2 min 750 ton ammonium nitrat tuşusunun saxlanıldığı anbarda qaynaq işləri aparılarkən yaranıb. Partlayışın gücündən ətrafdakı tikililər də yararsız hala düşüb. Ölkənin səhiyyə Nazirliyi ölü sayının artacağını istisna etmir. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

Hadisədən dərhal sonra Livan Prezidenti Mişel Naim Aunun sədrliyi iləTəhlükəsizlik Şurasının təcili iclası keçirilib və paytaxtda fövqəladə vəziyyət elan olunub. Baş naziri Hassan Diyab qaçaqmalçılıq zamanı ələ keçirilən 2 min 750 ton amonyak turşusunun 6 il ərzində limanda saxlanılmasını yolverilməz adlandırıb. Hadisənin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Qeyd eək ki, Azərbaycan Xarici İşlər Nazirliyindən Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmadığını bildirib.

Livanda baş verən hadisələr və bu ölkədəki siyasi gərginlik sabitlik və təhlükəsizlik amilinin vacibliyini bir daha ön plana çəkir. Politoloq Zaur Məmmədov deyir ki, Livanda uzun illərdir siyasi hakimiyyət uğurunda gedən mübarizə və xalqla iqtidar arasında milli birliyin olmaması ölkədə humanitar vəziyyəti acınacaqlı hala salıb.

Politoloq bildirib ki, Azərbaycanda hökm sürən sabitlik və təhlükəsizlik ölkədə məhz bu istiqamətdə aparılan siyasət və görülən işlərin nəticəsidir.

Xəbər lenti