Xəzər Xəbər

Koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ VİDEO

Veb TV | 21:53 • 5 Avqust 2020
Koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ

Bəzi avropa ölkələri koronavirus infeksiyasının ikinci dalğası ilə üz-üzə qalacaq. Bununla bağlı artıq müxtəlif ölkələrin alimləri həyəcan təbili çalıb. Həkimlər isə ölkəmizdə də vəziyyətin ağırlaşmaması üçün vətəndaşlara yalnız deyilən qaydalara əməl etməyə tövsiyə edirlər.

 

Avropa ölkələri güclü ikinci COVID-19 dalğası ilə qarşılaşacaq..Artıq bununla bağlı alimlər xəbərdarlıq edib.

 

Məsələn "University College London" və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər ki, Böyük Britaniya daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəbləri yenidən açsa, bu qış ikiqat ağır olan ikinci COVID-19 dalğası ilə qarşılaşacaq. Alimlər məktəblərin necə açılacağını, tam, yaxud yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin paylanmasını nəzərə alaraq, payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini modelləşdiriblər.

 

Fransız alimlər də ölkənin koronavirusun ikinci dalğası ilə üzləşməsi ehtimalını yüksək hesab edirlər.Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq.

 

Mütəxəssislərin fikrincə, Fransada vəziyyət nəzarət altında olsa da, durum daha da pisləşə bilər. Onlar yaxın gələcəkdə epidemiyanın necə inkişaf etməsinin vətəndaşların əlində olduğunu qeyd ediblər. Fransanın Baş naziri Jan Kastex bildirib ki, koronavirus hələ də bütün ölkə ərazisində mövcud olduğundan rahatlanmaq və sayıqlığı itirmək olmaz..Ölkə hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası bildirib ki, payızda və ya qışda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq.

 

Estoniyanın Sağlamlıq Departamenti artıq ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb. Gözləntilərə görə, sabah hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək.

 

Almaniya Həkimlər Birliyi də ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib. Mütəxəssislər bildirib ki, xaricə və ya məzuniyyətə çıxan vətəndaşların geri qayıtması səbəbindən infeksiyanın yayılma ehtimalı artır.Azərbaycan Tib Universitetinin Tədris-terapevtik klinikasının həkim-infeksionisti Aygül Əliyeva deyir ki,Azərbaycanda da vəziyyətin ağırlaşamamsı üçün vətəndaşlar karantin rejiminin yumşaldılmasından istifadə etməməlidirlər.

 

Vətəndaşlara tibbi maskadan istifadə etmək,ara məsafəsi saxlamaq və əl gigiyenasına diqqət etmək tövsiyə olunur.


Xəbər lenti