Xəzər Xəbər

Şəhid polkovnik İlqar Mirzəyevin cənazəsi Bakıda böyük izdihamla qarşılandı - VİDEO

Veb TV | 22:49 • 14 İyul 2020
 Şəhid polkovnik İlqar Mirzəyevin cənazəsi Bakıda böyük izdihamla qarşılandı  -

Polkovnik, artilleriya komandiri şəhid İlqar Mirzəyevin cənazəsi Bakıya gətirilib. Onun nəşi paytaxtın Xətai rayonunda yerləşən ata ocağına aparılıb. Şəhidimizin cənazəsi böyük coşqu ilə qarşılanıb.

Xezerxeber.az-ın məlumatına görə, İlqar Mirzəyevin yaxınları və oğlu atasının nəşini çiyinləri üzərində daşıyaraq mənzilə gətirilib.

''Xəzər Xəbər''ə müsahibə verən şəhid komandirin oğlu atası ilə fəxr etdiyini və onun yolu ilə gedəcəyini deyib.

Şəhidimiz sabah dəfn ediləcək.

Qeyd edək ki, artilleriya komadiri İlqar Mirzəyev iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlərdə şəhid olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti