Xəzər Xəbər

Ermənistanın təxribatına layiqli cavab verildi - VİDEO

Veb TV | 21:30 • 13 İyul 2020
 Ermənistanın təxribatına layiqli cavab verildi  -

Azərbaycan-Ermənistan sərhədində baş verən növbəti təxribatın qarşısı qətiyyətlə alınıb.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi ziyan vurulub.

Hərbi ekspertlər əslində bu təxribatın gözlənilən olduğunu deyirlər.

Xezerxeber.az-ın məlumatına görə, ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, Ermənistan hakimiyyəti gündəmi ölkədə olan ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız nöqsanlardan yayındırmaq üçün bu yola əl atıb. Nəticə isə onların gözlədiyindən də ağır olub.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov isə beynəlxalq təşkilatların Ermənistanın təxribatlarına səssiz qalmasına diqqət çəkir. Cəlil Xəlilovun sözlərinə görə, sərhəddə baş verən təxribat həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

Cəbhə bölgəsində baş vermiş sonuncu hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. İnsanların cəbhəyə üz tutmaq üçün etdikləri çağırışlar bir daha vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin unutmaq olmaz ki, bu gün qüdrətli ordumuz hər bir təxribatın qarşısını almaq üçün bütün imkanlara malikdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti