Xəzər Xəbər

Sərt karantində təsərrüfatla məşğul olanların hərəkətinə icazə verilir VİDEO

Veb TV | 21:32 • 4 İyul 2020
Sərt karantində təsərrüfatla məşğul olanların hərəkətinə icazə verilir

Karantin rejimi tətbiq edilən rayonlardan əksəriyyətində hazırda taxıl biçini aparılır. Aidiyyəti qurumdan bildirilib ki, həmin rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaq üçün qadağa yoxdur. Bunun üçün isə fermerlərin adları icazə portalına daxil edilməlidir.

Sərt karantin rejimində də kənd təsərrüfatı ilə məşğul olmaq üçün qadağa yoxdur.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, karantin rejimi tətbiq edilən şəhər və rayonların sayı artırılaraq 16-ya çatdırılıb. Bunların da əksəriyyəti kənd təsərrüfatı işlərinin icra olunduğu, xüsusən də hazırda taxıl biçininin aparıldığı rayonlardır. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, yaşadığı rayonun ərazisində kənd təsərrüfatı işləri ilə məşğul olmaq istəyənlər icra hakimiyyətinə müraciət etməli və onların adları icazə portalına salınmalıdır.

Rayonlararası hərəkət etməli olan fermerlər isə Dövlət Aqrar İnkişaf Mərkzələrinə müraciət etməldirlər.

Hüquqi şəxslər isə işçiləri barədə məlumatları portala daxil edərək onların sərbəst hərəkətini təmin edə bilərlər.

 

Xəbər lenti