Xəzər Xəbər

Oğlu hərbi xidmətdən qayıdan ata buna görə CƏRİMƏLƏNDİ VİDEO

Veb TV | 20:33 • 4 İyul 2020
Oğlu hərbi xidmətdən qayıdan ata buna görə CƏRİMƏLƏNDİ

Qazaxda polis karantin qaydalarını pozub kütləvi məclis təşkil edən şəxsləri saxlayıb. Xeyli sayda vətəndaşı bir yerə toplayıb nişan mərasimi edənlər barəsində qanuna müvafiq tədbir görülüb. Sumqayıt və İsmayıllıda da karantin qaydalarını pozanlar saxlanıb.

Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən restoranların birində nişan mərasimin keçirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və qonaqları şöbəyə gətiriblər. Məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi Tahir Novruzov ilə razılığa gələrək restoranda nişan mərasimi təşkil ediblər. Obyekt sahibi də müştərilərini əmin edib ki, heç bir qanun pozuntusundan söhbət gedə bilməz.

Obyekt sahibi Tahir Novruzov bu kimi halın qanun pozuntusu olmasından xəbərsiz olduğunu deyib.

Məclisdə iştirak edən 15 nəfər inzibati qaydada cərimə edilib. Restoran sahibi Tahir Novruzov barəsində qərar verilməsi üçün toplanan materiallar rayon məhkəməsinə göndərilib.

Sumqayıt şəhərində də sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe aşkarlanıb. 45-ci məhəllədə bir kafenin icarədarı Elvin Hüseynov və 11 müştəri inzibati məsuliyyətə cəlb olunub. Ümumilikdə 12 nəfər saxlanaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 25 sutka həbs edilib, digərləri cərimə olunub.

İsmayıllıda isə hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ailə aşkarlanıb. Hacıhətəmli kənd sakini Ədalət Kərimovun öz həyətində məclis təşkil etdiyi müəyyən olunub. Polis əməkdaşları tərəfindən həmin məclis dayandırılıb və karantin qaydalarının pozulmasına görə, orada olan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Xəbər lenti