Xəzər Xəbər

İş icazəsi ilə istirahətə gedənlər cərimələndi VİDEO

Veb TV | 20:25 • 4 İyul 2020
İş icazəsi ilə istirahətə gedənlər cərimələndi

Artıq Bakıdan və digər karantin tətbiq olunan rayon və şəhərlərdən çıxıb istirahət üçün digər rayonlara gedən şəxslər elə getdikləri yerdə də yoxlanırlar. Qəbələ və İsmayıllıda icazəsi olmadan buralara üz tutanlar cərimələniblər.

İstirahət yerlərində, kirayə verilən evlərdə yoxlamalar aparıldı... Hətta avtomobillərin nömrələri belə yoxlandı.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri reyd zamanı Bakıdan, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxsləri aşkarlayıblar.

Sərt karantin elan olunmazdan əvvəl gəldiyini, yalandan icazəsi olduğunu və ya bir az istirahət etmək istədiklərini deyənlər də tapılıb.

Bununla belə aralarında icazəsi olanlar da olub.

Karantin günlərində icazələri olmadan hərəkət etdiklərinə görə bir qrup şəxs inzibati məsuliyyətə cəlb edilib.

Bənzər reydi İsmayıllı rayon polis şöbəsinin əməkdaşları da keçiriblər. Karantin günlərində olduqları yeri tərk edib İsmayıllıya gedənlər polis tərəfindən saxlanaraq yoxlanıblar. Əksər sürücü və sərnişinin icazəsiz hərəkət etdiyi məlum olub.

İsmayıllıya gedənlərin çoxu Lahıc qəsəbəsinə üz tutduqlarından reydlər də bu istiqamətdə təşkil olunub. Karantin qaydalarını, eləcə də digər qaydaları pozan vətəndaşlar müvafiq qaydada cərimələniblər.

Xəbər lenti