Xəzər Xəbər

“Zəifləri qorumaq: həmrəyliyə və fəaliyyətə dinlərarası çağrı” - VİDEO

Veb TV | 19:23 • 1 İyul 2020
“Zəifləri qorumaq: həmrəyliyə və fəaliyyətə dinlərarası çağrı” -

Pandemiya dövründə Qafqaz Müsəlmanları İdarəsi ölkəmizdəki digər dini konfessiyalarla birlikdə COVID-19 bəlasına qarşı tədbirlər həyata keçirir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Zəifləri qorumaq: həmrəyliyə və fəaliyyətə dinlərarası çağrı" mövzusunda keçirlən videokonfransda bildirib. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi və digər dini icmalar Operativ Qərargahla yaxından əməkdaşlıq edir, dini ayin və ibadətlərə dair bütün təlimatları koordinasiyalı tənzimləyir. Yalnız işğal edilmiş ərazilərimizdə pandemiya səbəbindən yaranan vəziyyəti nəzarətdə saxlaya bilmirik.

Allahşükür Paşazadə ölkəmizin 30-dan artıq dövlətə humanitar yardım göstərdiyini, bu yöndə işlərin davam etdirildiyini bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkə başçısının beynəlxalq çağırışlarına da diqqət çəkib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri pandemiya dövründə Yer üzündə münaqişələrin dayandırılmasını, qarşıdurma və nifrət çağırışlarının qarşısının alınmasının zəruri olduğunu da vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti