Bakıda marketdə gözətçini öldürüb 51 min manatdan çox pul aparan şəxslər saxlanıb.
Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki marketlərdən birində baş verib.
Prokurorluq və polis əməkdaşları istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseyn Əhmədovu işlədiyi mağazanın anbarında öldürməkdə şübhəli bilinən Tərtər rayon sakini Fuad Yusifli və Kürdəmir rayon sakini Sadiq Cəlalovu saxlayıb.
Hər iki şəxs müdafiəçinin iştirakı ilə dindirilərkən törətdikləri cinayəti etiraf edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: