Xəzər Xəbər

Maska taxmayan şəxslər cərimə edilir - Bakıda reyd - VİDEO

Veb TV | 20:21 • 3 İyun 2020
Maska taxmayan şəxslər cərimə edilir -

Bu gündən tibbi maska taxmayan şəxslərin cərimə olunmasına başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi və Nizami rayon Polis İdarəsi bu məqsədlə birgə reyd keçirib.

Reyd zamanı "Koroğlu" mübadilə mərkəzində sərnişinlərin dayanacaqlarda, kassa aparatları önündə, avtobuslarda maska taxması yoxlanıb. Bəzi sərnişinlərin maskası olsa da taxmadığı müəyyən edilib.

Polis karantin qaydalarını pozaraq maska taxmayan bəzi şəxsləri cərimə edib, onlara yerindəcə protokollar yazılıb.

Nizami rayon Polis İdarəsinin rəis müavini Müşfiq Aslanov bildirib ki, reydlər davam etdiriləcək.

Bakı Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayev deyib ki, sərnişinlərin maskadan istifadə etməmələri ictimai nəqliyyatın fəaliyyətini çox ciddi təhlükə altına qoyur.

Qeyd edək ki, İnzibatı Xətalar Məcəlləsinə edilən son dəyşikliklə ictimai yerlərdə maska taxmaq məcburidir. Bu qaydanı pozanlar 50 manatdan, 400 manata qədər cərimə edilə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti