Xəzər Xəbər

Avtomobilini satmaq istədi, maşınından oldu - VİDEO

Veb TV | 19:21 • 2 İyun 2020
 Avtomobilini satmaq istədi, maşınından oldu  -

Tovuz sakini avtomobilini satmaq istəyərkən aldadılıb. 

Avtomobilini satmaq üçün verdiyi əsas etibarnamə sahibinə baha başa gəlib.

Xezerxeber.az-ın məlumatına görə, Tovuz rayonunun Dönük-Qırıqlı kənd sakini Xəqani Həsənov mart ayının 1-də avtomobilini satmaq üçün Gəncə avtomobil bazarına aparıb. Bazarda iki nəfərlə 1650 manat məbləğində razılaşıb. Avtomobili alan şəxslər pulun bir qismini ödəyib və ondan əsas etibarnamə istəyiblər. Etibarnaməyə sonuncu Xəqani Həsənov qol çəkib. Elə hadisə də bundan sonra baş verib.

Hadisə baş verən günü avtomobili aparan şəxslər sürət həddini aşaraq radara da düşüblər. Cərimə də avtomobil sahibinin adına gəlib.

Xəqani Həsənov hadisə ilə bağlı Tovuz rayon polis şöbəsinə və Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə məlumat verib.

Şöbədən isə "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaş avtomobilinin oğurlanması və ya dələduzluq barədə rayon polis şöbəsi və ya Qovlar şəhər bölməsinə yazılı sürətdə müraciət etməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti