Xəzər Xəbər

Bakıda yeni yol polisi postu tikilir - VİDEO

Veb TV | 20:44 • 1 İyun 2020
Bakıda yeni yol polisi postu tikilir -

Bakının şimal girişindəki "Ekologiya postu"nun bu gündən söküntüsünə başlanıb. Ərazinin yaxınlığında isə yeni post tikilir.

Xezerxeber.az-ın məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, sözügedən post yolun genişləndirilməsi üçün nəzərdə tutulan plana uyğun olaraq sökülür.

Sökülən postun yaxınlığında isə müasir görkəmli yeni post tikilib. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə bildirdi ki, təxminən bir həftədən sonra yeni "Ekologiya postu" istifadəyə veriləcək. Hələlik isə həmin ərazidə təkcə stasionar xidmət aparılmır, eləcə də mobil naryadlar da var. Yəni patrul maşınları da həmin ərazidə xidmətinə davam etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti