Xəzər Xəbər

Yüzlərlə yük maşını Rusiya ilə sərhəddə qalıb - VİDEO

Veb TV | 19:50 • 30 May 2020
 Yüzlərlə yük maşını Rusiya ilə sərhəddə qalıb  -
Son günlər ölkəmizin Rusiya ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, nəticədə yüzlərlə yük maşını sərhəddə qalıb.

Sürücülər bir neçə gündür ki, sərhəddə gözlədiklərini bildirirlər. Onlar ləngimənin səbəbini Rusiya gömrüyünün operativ işləməməsində görürlər.

Məsələ ilə bağlı Şimal Ərazi Baş Gömrük İdarəsindən bildirildi ki, "Samur" postu vasitəsilə gündəlik ixrac və idxal nəzarət xətlərinin hər biri üzrə 500, ümumilikdə 1000 yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Rusiya tərəfdə yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu isə bu qədər yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir.

Qeyd edilib ki, sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür və məsələ tezliklə həll ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti